Bu ərzaq məhsulları bahalaşıb –Statistika Komitəsi

2022-ci il dekabr ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsulların qiyməti bahalaşıb.

Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və pivənin qiymətində olub.

Sözügedən müddət ərzində ucuzlaşma isə əsasən, portağalın, naringinin, limonun, xurmanın, kivinin və kələmin qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əvvəlki məqalə

20 Yanvar günü ilə əlaqədar bir sıra yollar bağlı olacaq

Sonrakı məqalə

Avropanın turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır