Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Həmin dövlət strukturları aşağıdakılardır: 
-  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası -  Azərbaycan Respubikasının Nazirlər Kabineti -  Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri) -  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) -  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi -  Azərbaycan Respublikasının Baş Prokurorluğu -  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti -  Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti -  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi -  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti -  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi -  Azərbaycan Respublikasının Ədliyə Nazirliyi -  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi -  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi -  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi -  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi -  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi -  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi -  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi -  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti -  Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları -  Azərbaycan Respublikasının Mərkəzi Bankı -  “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti -  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti -  “Azəriqaz” İstehsalat Birliyi -  “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti -  SOCAR Qapalı Səhmdar Cəmiyyəti -  “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcəkdir.