Bu gün AVRO-2024-ün pley-off mərhələsi başlanır –CƏDVƏL

Bu gün AVRO-2024-ün pley-off mərhələsinə start veriləcək.

Millətlər Liqasından pley-offa vəsiqə qazanan 12 komanda yarımfinal matçlarına çıxacaq.

A, B və C yolu üzrə keçiriləcək bu görüşlərin qalibləri martın 26-da həlledici duelə çıxacaqlar. Həmin qarşılaşmalarda final mərhələsinə yüksələcək 3 komanda bəlli olacaq.

AVRO-2024-ün pley-offu
Yarımfinal
21 mart

A yolu
23:45. Polşa – Estoniya
23:45. Uels – Finlandiya

 

B yolu
23:45. İsrail – İslandiya
23:45. Bosniya və Herseqovina – Ukrayna

C yolu
21:00. Gürcüstan – Lüksemburq
23:45. Yunanıstan – Qazaxıstan

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Əvvəlki məqalə

Milyarder Bezosun sabiq arvadı QHT-lərə 640 milyon dollar bağışlayıb

Sonrakı məqalə

Azərbaycan buğda idxalını kəskin azaldıb