Bu gündən başlayaraq ölkədə hava qeyri-sabit keçəcək

Oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Əvvəlki məqalə

“Lukaşenkonun problemləri olacaq”

Sonrakı məqalə

“Putin müharibəyə son qoymalı və danışıqlar masasına qayıtmalıdır”