2019/2020-ci tədris ilində IX və XI sinfi bitirən şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019/2020-ci tədris ilində  XI sinfi bitirən şagirdlərin sayı 80646 nəfərdir. Builki tədris ili üzrə IX sinfi 119852 nəfər bitirəcək.