Bu il MDB üzrə Moskvada ən çox mənzil alan azərbaycanlılar olub- RƏQƏMLƏR

İlin əvvəlindən bu yana MDB ölkələrinin nümayəndələri arasında Azərbaycan və Özbəkistan sakinləri Moskvada ən aktiv mənzil alıcısına çevriliblər.

Azpost.info xəbər verir ki, bu barədə yerli daşınmaz əmlak agentliyi məlumat yayıb.

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan rezidentləri tərəfindən Rusiya paytaxtında daşınmaz əmlakın alınması ilə bağlı müraciətlərin sayında artım 31,34 faiz təşkil edib.

Özbəkistan vətəndaşlarından daxil olan müraciətlərin sayı 23,42 faiz artıb. Qırğızıstandan olan müştərilərin müraciət sayında isə 29,06 faizlik azalma olub.

Ümumilikdə, 2022-ci ilin birinci yarısında MDB ölkələri vətəndaşlarından paytaxtda mənzil alınmasına tələb 2021-ci ilin ilk altı ayı ilə müqayisədə 0,82 faiz artıb.

Azpost.info

 

Əvvəlki məqalə

Ərdoğan Rusiyaya yola düşüb

Sonrakı məqalə

Laçında üstünə qaya parçası düşmüş yaralı əsgər də vəfat etdi –