Bu ilin doqquz ayında İstanbul boğazından 31 mindən çox gəmi keçib

Cari ilin doqquz ayı ərzində İstanbulun Bosfor boğazından 31 min 161 gəmi keçidi qeydə alınıb. Onlardan 11 min 665-i karqo gəmisidir.

Bu dövr ərzində İstanbul boğazından istifadə edən gəmilərin daşıdığı yüklərlə ümumi həcmi 487 milyon 659 min 44 ton olaraq qeydə alınıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin hesablamalarına görə, boğazdan ən az çəkidə yük fevral ayında (49 milyon 382 min 590 ton) daşınıb.

Statistik rəqəmlərə əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində Bosfordan hər gün orta hesabla 114 gəmi (orta hesabla saatda 5 gəmi) keçib(azərtac).

Əvvəlki məqalə

Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üçün növbəti müraciətlərin qəbuluna başlayır

Sonrakı məqalə

Hava şəraiti qeyri-sabit keçəcək