“Bu işğaldır, Putin Rusiyanın sonunu gətirəcək” –Etibar Məmmədov Ukraynadan danışdı

Azərbaycan Milli İstiqal Partiyasının lideri Etibar Məmmədov Rusiya-Ukrayna arasındakı savaşa münasibət bildirib.

O, Azpost.info-ya açıqlamasında Rusiyanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyat”ı işğal adlandırıb. “Açıq-aşkar görünür ki, bu, işğaldır, bir dövlətin başqa dövlətə təcavüzüdür. Rusiyanın davranışı beynəlxalq qaydalara ziddir. Putin keçən əsrin 30-cu illərində Hitlerin etdiklərini təkrar edir və bütün dünya üçün də təhlükəyə çevrilib”, – deyə Etibar Məmmədov bildirib.

AMİP lideri hesab edir ki, proses Putinin məğlubiyyəti ilə bitəcək: “Putin heç vaxt qalib gələ bilməz və Rusiyanın sonunu gətirəcək”, – deyə o əlavə edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 865 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Baş nazir və Administrasiya rəhbəri Şuşada müşavirə keçirib