Bu gün saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.
AzPost xəbər verir ki, məhdudiyyət aparılacaq təmir-tikinti işləri ilə bağlıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Xatırladaq ki, Nizami rayonu, Babək prospekti, Baku Medical Plazanın yaxınlığındakı yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub.
Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.
Xatırladaq ki, ötən gün də həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulsa da, bir müddət sonra aradan qaldırılmışdı.