“Bu məsələni şişirtmək lazım deyil” –DİM sədri Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilən IX sinfi bitirən 38 şagirdin oxuyub-yaza bilməməsi məsələsinə münasibət bildirib.

Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib ki, bu rəqəm ona görə qeyd edilir ki, ictimaiyyət hər bir şəxsin təhsil trayektoriyasını imtahan vasitəsilə izləməyin mümkün olduğunu bilsin:

“Bu rəqəmlər müəyyən illərdə daha yüksək idi. Səbəbləri biz də bilirik ki, onların çoxu məktəbdən uzaqlaşan uşaqlardır. Biz jurnalda ümumi və tam orta təhsil səviyyələrini bitirməyənlərin sayını da vermişik. Həmin uşaqları imtahan vaxtı yoxlaya bilməmişik, çünki onlar heç buraxılış imtahanına gəlib çata bilməyiblər. Oxuyub-yaza bilməyənlər arasında səhhətinə görə zəif olan uşaqlar da var. Onlar üçün rayonlarda, kəndlərdə inklüziv təhsil təşkil etmək çətindir. Bu baxımdan mən təhsil nazirinin fikri ilə razıyam ki, bu məsələni şişirtmək lazım deyil. 700 səhifəlik jurnalda minlərlə məlumatdan yalnız bu məlumatı çıxarıb şişirtmək düzgün deyil”.

Əvvəlki məqalə

Rusiyada hərbi hissədə partlayış olub –

Sonrakı məqalə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb –