Bu ölkələrdə “Qazprombank”ın kartlarına xidmət dayandırılıb –ADLAR

Bir sıra ölkələr Rusiyanın “Qazprombank” tərəfindən buraxılmış UnionPay bank kartlarına xidməti dayandırıb.

Azpost.info bildirir ki, Qazprombank saytında “UnionPay”  kartını təsdiqləmək üçün lazm olan xidmət də bağlanb.

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Qazaxıstan, Tailand, Vyetnam, Çin, Qətər bankları bu kartla ödənişləri dayandırıb.

Nağd pul çıxarmağa cəhd edərkən, bankomatlar UnionPay kartını əməliyyatın düzgün aparılmaması barədə bildirişlə qaytarır.

Cümə axşamı ABŞ Maliyyə Nazirliyi onlarla fiziki və hüquqi şəxsin daxil olduğu yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb. Məhdudiyyətlər arasında əvvəllər sanksiyalara məruz qalmayan “Qazprombank” da daxildir.

Azpost.info

Əvvəlki məqalə

Yaponiyada dəniz suyunda parçalanan plastik hazırlanıb

Sonrakı məqalə

Netanyahu Kolumbiyaya ayaq bassa, həbs olunacaq