Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

“Şuşa müsabiqəsinin nəticələri ilə bağlı tənqid obyektiv təhlilə söykənmir” –