Vətəndaşlara göndərilən koronavirus testinin nəticələrində yanlışlıq olub –Dövlət Agentliyi üzr istədi, açıqlama verdi

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı  vətəndaşlara yeni SMS-lər göndəriləcək: “Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lotereyada 22 milyon dollar uddu-

Sonrakı məqalə

Sabaha olan hava proqnozu