Canluici Buffon futbol karyerasını bitirdiyini bəyan edib.
“Vəssalam, millət! Siz mənə, mən sizə hər şeyi verdim. Hamısını birlikdə etdik”, – dünya çempionu yazıb.
Daha əvvəl 45 yaşlı qolkiperin “Parma” ilə müqaviləni ləğv edəcəyi məlum olub.
Canluici Buffon böyük karyerasına 1995-ci ildə Parmada başlayıb, 2001-ci ilə qədər komandada çıxış edib.
Bundan sonra italiyalı qolkiper 2018-ci ilə qədər “Yuventus”da çıxış edib, daha sonra 2019-cu ildə PSJ-dəki bir mövsümdən sonra yenidən kluba qayıdıb.
2010-cu ildə Buffon İtaliya millisinin kapitanı oldu və 2018-ci ildə milli komandadan istefa verib.
Buffon beş dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib. 2006-cı ildə Dünya Çempionatının qalibi olub və eyni zamanda turnirin ən yaxşı qapıçısı kimi tanınıb.
Buffon son iki mövsümü vətəni “Parma”da keçirib və B Seriyasında 44 matçda iştirak edib.
Azpost.info