Ermənistandan prosesi uzatmaq yerinə artıq güclü iradə nümayiş etdirməsini gözləyirik. Bu gözləntimi 11 sentyabrda telefon danışığı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın da diqqətinə çatdırdım.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna riayət edildiyi təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişi təmin etmək regional normallaşmaya böyük töhfə qazandıracaq. Cənubi Qafqazda sabitlik, barış və rifahın təsis edilməsi üçün Azərbaycanla birlikdə çalışmağı davam etdirəcəyik”, – Ərdoğan qeyd edib.