Burak Özçivit Ronaldo ilə görüşdü –"Fanatıyam" /FOTO

Türkiyənin tanınmış aktyoru Burak Özçivit dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo ilə görüşüb.
Aktyor bu barədə sosial şəbəkədəki hesabında paylaşım edib.
 Səudiyyə Ərəbistanında səfərdə olan Özçivit bu ölkənin “Əl-Nasr” klubunda oynayan Ronaldonu da ziyarət edib.
O, birlikdə çəkdirdiyi fotonu instaqram hesabında paylaşaraq “Böyük fanatıyam” şərhini də yazıb.
Sözügedən foto sosial şəbəkədə böyük marağa səbəb olub.
Əvvəlki məqalə

“HƏMAS-ın girovların görüntülərini yayması qəddar təbliğatdır”

Sonrakı məqalə

“Ukraynanın Dağıstandakı iğtişaşlarla heç bir əlaqəsi yoxdur”