“Buraxılış imtahanlarının tarixi barədə yanlış məlumatlar yayılır”

-DİM açıqlama yaydı
12 Mart 2021 - 21:45

Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixleri ile bağlı yanlış məlumatlar paylaşılır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və qurumun dim.gov.az saytında yerləşdiriləcək.

İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi  tövsiyə edirik.