Bütün rayonlara avtobus reysləri işləyir - Beynəlxalq Avtovağzal açıqlama verdi
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Ağabalayeva açıqlamasında bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.
Qurum rəsmisi eyni zamanda bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın Bakıya girişlə bağlı qərarından sonra biletlərini geri qaytarmaq istəyən vətəndaşlar heç bir problem olmadan biletlərini qaytara bilərlər.
P. Ağabaleyava eyni zamanda qeyd edib ki, reyslərlə bağlı əlavə məlumat almaq üçün vətəndaşlar (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilərlər.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...