Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub. Hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb. Göytəpə şəhəri, M. Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi,  2004-cü il təvəllüdlü  İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb. Nəticədə İ. Şəbiyev boğularaq ölüb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.