Ötən gün dünyasını dəyişən müğənni Cəfər Behbudov Ukraynada torpağa tapşırılacaq.
Bu barədə Open.az-a Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev məlumat verib.
Onun sözlərinə görə, Cəfər Behbudov uzun illər yaşadığı Kiyev şəhərində dəfn olunacaq.
Əldə etdiyimiz məlumata görə mərhumun son istəyi belə olub.
Xatırladaq ki, ötən gün dünyasını dəyişən Cəfər Behbudov keçən əsrin 80-90-cı illərində Azərbaycan estradasının parlaq simalarından biri olub. Cəfər Behbudovun anası, görkəmli teatr və kino aktrisası Nəcibə Behbudova Musiqili Komediya Teatrında çalışıb. Cəfər Behbudov isə dayısı, görkəmli sənətkar Rəşid Behbudovun sənət yolunu davam etdirərək müğənni olub. 1990-cı illərdən sonra Ukraynaya köçən Cəfər Behbudov ömrünün son illərini Kiyevdə yaşayıb.