Cəlilabadda 47 yaşlı kişini ildırım vurub

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Alar kəndində baş verib. Belə ki, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlu əkin sahəsində təsərrüfatla məşğul olarkən onu ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Əvvəlki məqalə

Zaqatalada kollec yanır

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb