Cəlilabadda internet çəkən şirkət qaz kəmərini zədələdi –2300 nəfər qazsız qaldı

Cəlilabadda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent “mavi yanacaq”sız qalıb.

İnternet xətləri çəkən podratçı şirkət tərəfindən qazıntı aparılarkən yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində Cəlilabad rayonundakı “Günəşli” qazpaylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərində 2300 abonentin “mavi yanacaq”la təchizatı dayanıb.

Hazırda ərazidə bərpa işləri görülür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.