Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.
Yanan evdə iki azyaşlı qalıb.
Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.
Digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.
Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb. (APA)