“Cənab prezident, mənə vətəndaşlıq verin…Xankəndində yaşamaq istəyirəm” –Ermənilər İlham Əliyevə müraciət etdilər (VİDEO)

Ermənistan vətəndaşları Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığına qəbul edilmələrini xahiş ediblər. 
Azpost.info bildirir ki, özünü Ermənistan vətəndaşı Vaqe Qambaryan kimi təqdim edən şəxs videomüraciət yayaraq bu barədə fikirlərini açıqlayıb.
“Axşamınız xeyir, cənab İlham Əliyev. Mən Ermənistan vətəndaşıyam və sizdən xahiş etmək istəyirəm ki, mənə Azərbaycan vətəndaşlığı verəsiniz ki, mən Bakı şəhərinə səfər edim. Qohumlarımı və sevdiyim insanları, mənə dəyər verən şəxsləri görə bilim. Mən də gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən öz Azərbaycan xalqımı sevirəm, hörmət edirəm və qiymətləndirirəm”.
Digər tanınmış bloger, İstanbulda ailəsilə müvəqqəti yaşayan İşxan Verdyan da Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişilə prezident İlham Əliyevə müraciət edib.  O da Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu vurğulayıb: “”Hörmətli, cənab prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndidə yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm”.
Əvvəlki məqalə

Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“Neftçi” səfərdə “Şamaxı”nı məğlub edib