Cənubi Koreya 1/8 finala çıxdı –Uruqvay və Qana qrupda qaldı (DÇ-2022)

Bu gün Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin son oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, öncə H qrupunda mübarizəyə yekun vurulacaq.

Son turun görüşləri eyni vaxtda başlayacaq. Ardıcıl iki qələbə ilə 1/8 finala vəsiqəni təmin edən Portuqaliya Cənubi Koreya ilə üz-üzə gələcək. Kriştiano Ronaldo və komandası qrupdan 1-ci yerlə çıxmaq üçün asiyalılara uduzmamalıdır. Düzdür, məğlubiyyət də lider kimi qalmağa yetərli ola bilər. Amma bunun üçün Qanadan sərfəli nəticə qeydə alınmalıdır.

Qrupun digər matçında Qana ilə Uruqvay görüşəcək. İkinci vəsiqəyə sahib çıxmaq üçün afrikalılara qələbə lazımdır. Qanaya heç-heçə də yetərli ola bilər. Bunun üçün digər oyunun nəricəsi də əhəmiyyət kəsb edəcək. Uruqvay isə qalib gəlməli və Cənubi Koreyanın nəticəsini gözləməlidir.

Qeyd edək ki, bu gün G qrupunda da son turun qarşılaşmaları keçiriləcək.

DÇ-2022, qrup mərhələsi
H qrupu
III tur
2 dekabr
19:00. Cənubi Koreya – Portuqaliya – 2:1
Qollar: 
Kim Yanq-quan, 27, Hvanq Hi-çan, 90+1 – Rikardu Orta, 5
19:00. Qana – Uruqvay – 0:2
Qollar: 
Şorşan de Araskaeta, 26, 32
Qola çevrilməyən penalti: Andre Ayu, 21

Əvvəlki məqalə

Ərdoğan və Britaniyanın Baş naziri arasında telefon danışığı olub

Sonrakı məqalə

“3-cü Qarabağ müharibəsi olsa Ermənistan dağılacaq” –