“Cənubi Qafqazda təhlükəsizliklə bağlı çətin vəziyyət yaranıb” –Şoyqu

“Cənubi Qafqazda regional təhlükəsizliklə bağlı vəziyyət çətin olaraq qalır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən 12-ci iclasında çıxışında deyib.

Onun sözlərinə görə, vəziyyəin yaxşılaşdırılması üçün ilkin şərtlər var: “Buna xarici oyunçular, ilk növbədə, Qərb ölkələri mane olur”.

Şoyqu deyib ki, regional probmelmlər bölgə ölkələri ilə həll edilməlidir: “Bu, regional problemlərin regional həll yollarını tələb etməsi tezisini bir daha təsdiqləyir. Biz 3+3 regional məsləhət platformasını gücləndirmək üçün mümkün olan hər şeyi etmişik və edirik. Ümid edirik ki, nazirlərin İstanbul görüşündən sonra bu mexanizmin işi işə düşəcək”.

 

Əvvəlki məqalə

“Tramp Ukraynanı dəstəkləməkdən imtina edə bilər”

Sonrakı məqalə

Bakı-Quba ödənişli yolundan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır