Cəlilabadda 4 aylıq körpə xəstəxanada ölüb

Cəlilabad rayonunda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş azyaşlı vəfat edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

“Cəlilabad rayonunun Günəşli kənd sakini 21.09.2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin bütün səylərinə baxmayaraq, yanvarın 28-də, saat 19:40 radələrində azyaşlı ölüb”, – məlumatda bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.