Cəlilabadda yanan bazar söndürüldü

Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Hadisə günorta saatlarında baş verib.

3 mərtəbəli ticarət mərkəzində baş verən yanğın, qısa müddətdə ətrafdakı bazara keçib. Alov bazar ərazisində 20-yə yaxın iri və xırda mağazalar a keçib. Hadisə yerinə dərhal FHN texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğını söndürmək üçün qonşu rayonların texnikası köməyə gəlib

Əvvəlki məqalə

Lənkəranın sabiq icra başçısı, yazıçı Yaşar Rzayevin yeni kitabı çap olunub –

Sonrakı məqalə

Ermənilər Laçını, Zabux və Sus kəndlərini tərk edib –