Castin Biber 10 milyon dollara toyda oxumaq üçün Hindistana gəlib

Məşhur Castin Biber Asiyanın ən varlı adamı Mukeş Ambaninin oğlu Anant və Radhika Merchantın toyunda çıxış etmək üçün Hindistana gəlib.

Castin Biber cümə günü Anant Ambani və Radhika Merchantin toyunda çıxış edəcək.

Sosial şəbəkələrdə müğənninin Mumbaya gəlişini əks etdirən foto və videolar yayılıb. Anant və Radhika iyulun 12-də Mumbaydakı Bandra Kurla Kompleksindəki Jio Konqres Mərkəzində nikah bağlamağa hazırlaşırlar.

“İndia Today” daha əvvəl Adel, Drake və Lana Del Reyin də Anand və Radhikanın toy ziyafətində çıxış etmək üçün danışıqlar apardıqlarını bildirmişdi.

Portuqaliya portalı LeoDias-ın məlumatına görə, Ambani ailəsi Castin Biberə ifasına görə 10 milyon dollar ödəyib.

 

 

Əvvəlki məqalə

BMT Cenevrə Ofisinin Baş direktoru Azərbaycana səfər edib –

Sonrakı məqalə

Prezident İlham Əliyev iyulun 12-də Pakistana səfər edəcək