Cavanşir Quliyevin cərrahiyyə əməliyyatı uğurla başa çatıb-YENİLƏNİB

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.

Bəstəkar bu gün Türkiyədə “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib, vəziyyəti qənaətbəxşdir.

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir. (APA)

**

Cavanşir Quliyevin  cərrahiyyə əməliyyatı uğurla keçib.

Azpost.info bildirir ki, bu barədə Diaspora Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı açıqlama verib.

Əməliyyat barədə bəstəkarın ailəsindən məlumat verilib.

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib. Hər şey yolundadır”-deyə V. Vahidıqızı deyib.

 

Bəstəkar Cavanşir Quliyev Türkiyədə klinikada əməliyyat olunur. 

Azpost.info bildirir ki, bu barədə Diaspora Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı açıqlama verib.

Onun sözlərinə görə, bəstəkarın ailəsi ilə əlaqə saxlanılıb: “Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır. Ailəsi ilə indi əlaqə saxladım. 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər.

Bəstəkarımıza Allahdan şəfa diləyirik”.

Əvvəlki məqalə

Bakıda 3 gün duman olacaq, görmə məsafəsi məhdudlaşacaq

Sonrakı məqalə

Rusiya qoşunları döyüş bölgəsində “Starlink”dən istifadə edir?