“Çempion Braziliya olacaq…Peleni şəxsən tanıyıram”-ELMAR MƏMMƏDYAROV

“Futbol üzrə dünya çempionu Braziliya olacaq”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Modern Talking” tok-şousunda müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Qətərdə keçirilən mundial maraqlıdır: “Fikrimcə bu çempionatda Fransa çox güclüdür. Təəssüf ki, Almaniya kimi ciddi komanda qrupda qaldı”.

E.Məmmədyarov deyib ki, futbolla yaxından maraqlanır. “Mən və uşaqlarım İtaliyaya azarkeşlik edirik. Oğlanlardan biri Milan”a o biri “Yuventus”un azarkeşidir. Mən isə yaxşı futbolun həvəskarıyam”.

Sabiq nazir deyb ki, dünyanın futbol əfsanəsi Pele ilə şəxsən tanışdırlar. Onun sözlərinə görə, Pele ilə 1993-cü ildə Azərbaycanın BMT-də daimi nümayəndəliyində çalışarkən tanış olub. Məşhur futbolçu ona imzalı köynəyini bağışlayıb: “Çox maraqlı insandır”.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.