Çexiya 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 1,248 milyon ton neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumata əsaslanan hesablamalarına görə, Azərbaycan Çexiyaya 753,733 milyon avro dəyərində neft (azalma 6,2%) ixrac edib.
Yanvar-avqust aylarında Çexiya neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% – 4,911 milyon tona qədər artırıb. Tədarükün dəyəri 2,346 milyard avro (-23,2%) təşkil edir.
Yanvar-avqust aylarında Çexiyaya neftin əsas tədarükçülərinin üçlüyünə Rusiya (1,278 milyard avro məbləğində 3,136 milyon ton), Azərbaycan (753,733 milyon avro məbləğində 1,248 milyon ton) və Qazaxıstan (205,569 milyon avro məbləğində 345,991 min ton) daxil olub.
Avqustda Çexiya 375,580 milyon avro dəyərində (-16,6%) 655,817 min ton neft (+2%) idxal edib. Hesabat ayında Çexiyaya neft tədarükçülərinin ilk üçlüyünə Rusiya (214,275 milyon avro məbləğində 373,323 min ton), Azərbaycan (85,641 milyon avro məbləğində 150,623 min ton) və Qazaxıstan (68,380 milyon avro məbləğində 119,278 min ton) daxil olub.