Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının Sessiyasında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxış edib.

Bu barədə Azərbaycanın BMT yanında Nümayəndəliyinin rəhbərinin müavini Seymur Mərdəliyev “Twitter” hesabında məlumat verib.

Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatması təkcə Azərbaycan üçün deyil, həm də region üçün yeni iqtisadi imkanlar yaradır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, bu baxımdan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması yaxın illərdə Azərbaycanın inkişaf prioritetlərinin əsas istiqamətlərindən biri olacaqdır.

Nazirin sözlərinə görə, azad edilmiş ərazilərin bərpasına 2021-ci ilin dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir