Ceyhun Bayramov Serbiyaya rəsmi səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Silahlı Qüvvələrin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilib