Ceyhun Bayramov və Mirzoyan yaxın həftələrdə yenə görüşəcək

Ceyhun Bayramovla Mirzoyan danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.

Bu barədə Azərbaycan XİN-in Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşünə dair məlumatında bildirilir.

Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

 

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.