Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında geniş tərkibdə görüş keçirilib.
Bu barədə Azərbaycan XİN-in “Twitter“ səhifəsində bildirilib.
Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan–ATƏT əməkdaşlığı mövzusunda fikir mübadiləsi aparılıb.