“Ceyhun Bayramovla sülh sazişinin imzalanmasını müzakirə etdik” –MİRZOYAN

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aprelin 11-də baş tutmuş telefon danışığı zamanı mümkün sülh sazişinin imzalanmasını müzakirə etdik”.

TASS  xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zaman bildirib.

“Ceyhun Bayramovla telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın formalaşması mexanizmlərini, həmçinin, mümkün sülh sazişinin imzalanması barədə tərəflərin baxışı müzakirə olunub”, – Ermənistan XİN başçısı deyib.

Əvvəlki məqalə

Kreml Medvedçukun ukraynalı əsirlərlə dəyişmək təklifinə münasibət bildirib

Sonrakı məqalə

Türkmənistan prezidenti “avtoş” qohumlarını və dostlarını cəzalandırdı –