Çimərliklərdə təhlükəsizlik qaydaları- Əhaliyə MÜRACİƏT

İsti yay fəslində əhalinin xüsusilə qeyri-iş günlərində istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də dənizdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.

Bu barədə FHN-nin yaydığı müraciətdə deyilir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Bildirilib ki, aşağıdakılar qadağandır:

– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

– küləkli havada dənizə girmək;

– çimərlikdə gecələmək;

– sərxoş halda çimərlikdə olmaq;

Ətraflı
– suda kobud hərəkətlər etmək;

– çimərlikdə balıq tutmaq;

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Əvvəlki məqalə

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

“Ukrayna parlamenti Putinin təklifini müzakirə etməyə başlayıb”