Çin 17 uşağı qaçırıb satan qadını edam edib
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu 61 yaşlı Yu Huayinqə qarşı edam hökmünün Çində icra olunduğunu bildirib. AzPost xarici mediaya istinadla xəbər verir ki, qadının şərikləri ilə birlikdə 17 uşağı qaçıraraq satdığı dəqiqləşdirilir.
Çinli qadın Quizhou Əyalət Məhkəməsi tərəfindən 2024-cü ilin oktyabrında ölüm cəzasına məhkum edilib.
"Ali Xalq Məhkəməsi ittihamları təsdiqlədikdən sonra edam hökmü Guiyang Aralıq Məhkəməsi tərəfindən icra edilib", - prokurorluq bildirib.
Xatırladaq ki, daha əvvəl Çinin Sinxua agentliyi xəbər vermişdi ki, məhkəmə iclasları zamanı Yu Huayinq 1993-2003-cü illər arasında Yunnan və Quizhou əyalətlərindən, həmçinin Çonqin şəhərindən 17 uşağı qaçırıb. O, şərikləri ilə birlikdə qaçırılan uşaqları Hebey əyalətində satıb.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...