Çin ABŞ-a sanksiya tətbiq edib- Siyahıda 13 hüquqi, 6 fiziki şəxs var

Çin Tayvana silah tədarükünə görə ABŞ-ın hərbi sənaye kompleksini təmsil edən 13 şirkətə, eləcə də bu müəssisələrin 6 menecerinə qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər 5 dekabr 2024-cü ildə qüvvəyə minir. Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslərin aktivləri dondurulur və onlarla iş aparılması qadağandır.

Məhdudiyyətlərə məruz qalan şəxlərin Çinə girişinə qadağa qoyulub.

Azpost.info

Əvvəlki məqalə

Mərhum şahmatçının partlayışda yaralanan valideynlərinin vəziyyəti açıqlanıb

Sonrakı məqalə

Ermənistan, Hindistan və İran üçtərəfli ticarət yolu yaradır