Çin avtomobilləri Rusiya yollarına davam gətirmir, sıradan çıxırlar

Çin avtomobilləri ilə bağlı problemlər səbəbindən Rusiyada taksinin qiyməti ilin sonuna qədər ən azı 20 faiz arta bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Taksi sürücüsü” regionlararası həmkarlar ittifaqının sədri Andrey Popkov bildirib.

“Taksi parklarımızı dolduran Çin avtomobilləri Rusiya yollarına və iqliminə zəif uyğunlaşır. Bu gün taksi maşınının istismar müddəti iki dəfə azalıb”, – Popkov deyib.

Onun sözlərinə görə, Çindən gələn avtomobillərin cəmi 150 min km-dən sonra əsaslı təmirə və ya tam dəyişdirilməsinə ehtiyacı var, halbuki əvvəllər taksi xidməti göstərən avtomobillərdə bu göstərici 250-300 min km. olub. Çin avtomobillərinin təmir tezliyi artıb ki, bu da əlavə xərclərə səbəb olur.

“Rosstat”ın məlumatına görə, 2024-cü ilin sentyabrında Rusiyada bir kilometr taksi ilə səyahət orta hesabla 44,93 rubla başa gəlib ki, bu da ilin əvvəli ilə müqayisədə təxminən 10 faiz bahadır. Eyni zamanda, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə qiymətlər 24 faiz artıb.

Azpost.info

 

Əvvəlki məqalə

Muğənni Elnarə Abdullayevanın qızı reanimasiyaya yerləşdirildi

Sonrakı məqalə

Tom Kruz yeni filmə çəkilir