“Çin hökuməti beynəlxalq ictimaiyyətlə qüvvələri birləşdirərək Rusiya və Ukrayna arasında münaqişənin həllinə kömək etməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Onun sözlərinə görə, Pekin bu prosesdə konstruktiv rol oynamağa davam etmək və bütün maraqlı tərəflərlə əlaqə saxlamaq niyyətindədir.
“Biz beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqəni davam etdirəcək və Ukrayna münaqişəsinin siyasi həllində konstruktiv rol oynayacağıq”, -Nin deyib.
O qeyd edib ki, yaxın vaxtlarda nazirlik Kiyevin “sülh formulu” adlandırılan görüşə qoşulmaq təklifi ilə bağlı məlumat dərc edəcək.
Formuıu Ukrayna prezidenti Vladimir Zelenski təklif edib. Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak bildirib ki, Çinin bu görüşdə iştirakı Kiyev üçün vacibdir.
Azpost.info