Çin və Ermənistan müdafiə nazirləri görüşüb

Ermənistanın müdafiə naziri  Suren Papikyan Çinə səfəri çərçivəsində ÇXR-in müdafiə naziri admiral Dun Szen ilə görüşüb.

Azpost.info bildirir ki, görüşdə tərəflər  iki ölkə arasında müdafiə sahəsində yüksək səviyyəli əlaqələrin əhəmiyyətini qeyd ediblər. Nazirlər hərbi əməkdaşlığın son illərdə yeni istiqamətlər üzrə xeyli irəlilədiyini vurğulayıblar.

Nazirlər Ermənistan-Çin əməkdaşlığını, o cümlədən iki ölkənin Silahlı Qüvvələri arasında yüksək səviyyəli təmasları daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.

Əvvəlki məqalə

Putin İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Sonrakı məqalə

“Bu qərar verilsə NATO Rusiya ilə müharibə vəziyyətində olacaq” –