Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən, borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Prezident Qarabağ mövzusunda Forumda iştirak edəcək

Sonrakı məqalə

Prezident ADA Universitetində Qarabağ mövzusunda Forumda çıxış edir