Çinin dövlət bankları Rusiya ilə əməliyyatları kütləvi şəkildə dayandırır –Reuters

Çinin dövlət bankları Rusiya ilə əməliyyatlarını kütləvi şəkildə dayandırır.

Azpost.info bildirir ki, bu barədə Reuters xəbər yayıb.

Agentlik yazır ki, Qərbin Rusiya ilə əməliyyatlar üçün əlavə sanksiyalar tətbiq etmək təhdidləri səbəbindən Çin bankları tələblərini sərtləşdirib. Bu səbəbdən Rusiya şirkətləri və rəsmiləri aylardır əməliyyatların gecikməsini əsas gətirirlər.

Mənbələr bildiriblər ki, problem bu ay daha da pisləşib.

“Qərb sanksiyaları sərtləşdirməklə hədələdikdən sonra Çinə bütün transsərhəd ödənişlər dayandı. Biz bir həll yolu tapdıq, Lakin bu, təxminən üç həftə çəkdi. Bu çox uzun müddətdir, ticarət həcmi bu müddət ərzində əhəmiyyətli dərəcədə azalıb”- deyə “Reuters”ə anonim mənbə bildirib.

Əvvəlki məqalə

Ukrayna Rusiyadan Avropya neft və qaz tranzitini dayandırır –

Sonrakı məqalə

Kiberdələduzlar “app.ctost.com” domeni ilə pulları ələ keçirir –