COP tarixində bir ilk:"Çağrı Mərkəzi" fəaliyyət göstərəcək

Noyabrdan etibarən COP29-la bağlı xüsusi “Çağrı Mərkəzi” yaradılacaq. Bu indiyə qədər keçirilən COP tədbirləri çərçivəsində bir ilk olacaq.

Bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov deyib: “Konfrans iştirakçıları və şəhərimizin qonaqları tədbirlə bağlı hansısa sualları olduqda “Çağrı Mərkəzi”nə müraciət edərək məlumat əldə edə biləcəklər.”

O bildirib ki, “Çağrı Mərkəzi”nə sorğular verilməsi ənənəvi üsulla, yəni zəng vasitəsilə yanaşı, eyni zamanda, onlayn çatla da mümkün olacaq: “Tədbir iştirakçıları və qonaqlar veb-sayt üzərindən çat, həmçinin vatsap və teleqram kanalları vasitəsilə əlaqə saxlayıb hər hansı bir məlumatı sorğulaya biləcəklər”.

Əvvəlki məqalə

Peskov Putinin Maskla danışıqlar aparmasına dair iddialara aydınlıq gətirdi

Sonrakı məqalə

Pakistan Baş naziri COP29-da iştirak edəcək