“Çox keyfiyyətli komanda ilə oynayacağıq” –Qurbanov "Bayer"lə oyundan danışdı

“Bizim üçün çox vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq. Cavab oyununda daha da diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Bütün fikrimizi bu görüşə yönəltmişik. Çox keyfiyyətli komanda ilə oynayacağıq. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə çox diqqətli olmalıyıq”.

Apasport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə cavab matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib. O, təşkil olunan mətbuat konfransında iştirak edib.

Mütəxəssis hücumçu Olavio Juninyonun durumu barədə danışıb: “Onun əsas heyətdə olub-olmayacağı bilinmir. Qarşıda bir məşqimiz var. Onu kimin əvəzləyəcəyini düşünməməliyik. Yetərincə futbolçumuz var. İstənilən oyunçudan yararlana bilərik. Çox sıx qrafikdə oynayırıq. “Bayer”in son matçlarına baxsaq, onlar da çox vacib və sıx qrafikdə olublar. Onların hazırlıq planı daha yaxşıdır. Futbolçularıma əlavə vaxt və penaltilər barəsində heç nə deməmişəm. Ümumilikdə buna uyğun məşq planımız olub. Biz 90 dəqiqəyə motivasiya olaraq meydana çıxırıq. Hər iki tərəf üçün 90 dəqiqədə qalib gəlmək yaxşıdır. Futbolçuları nəzərə almaq lazımdır”.

Əvvəlki məqalə

Məşhur “Terminator” filminin çəkiliş prosesindən maraqlı görüntülər –

Sonrakı məqalə

ABŞ və Britaniya Yəməndə hava limanına zərbələr endirib