“Çox vacib qələbə qazandıq” –QURBAN QURBANOV

“Futbolçularımı təbrik edirəm. Hesabın 3:0 olmasına baxmayaraq çox vacib qələbə qazandıq”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurbanov Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos” üzərindəki 3:0 hesablı qələbəni şərh edib:

“Dünən də demişdim ki, möhtəşəm azarkeşi olan komandaya qarşı oynayacağıq. Biz belə atmosferdə oynamaq xoşdur və bunu hiss etdik. “Olimpiakos”a uğurlar arzu edirəm. Bu qələbə heç nəyi həll etmir. Qarşıda 3 oyun var və bu 9 xal edir. Bakıya qayıdandan sonra səhvlərimizə baxacağıq və Bakıda onları etməməyə çalışacağıq. Çünki rəqibin heyətində ani səhvləri bağışlamayacaq futbolçular var. Vaxtımız çox azdır. Bakıdakı oyuna daha ciddi hazırlaşmağa çalışacağıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.