“Çox vacib qələbə qazandıq” –QURBAN QURBANOV

“Futbolçularımı təbrik edirəm. Hesabın 3:0 olmasına baxmayaraq çox vacib qələbə qazandıq”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurbanov Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos” üzərindəki 3:0 hesablı qələbəni şərh edib:

“Dünən də demişdim ki, möhtəşəm azarkeşi olan komandaya qarşı oynayacağıq. Biz belə atmosferdə oynamaq xoşdur və bunu hiss etdik. “Olimpiakos”a uğurlar arzu edirəm. Bu qələbə heç nəyi həll etmir. Qarşıda 3 oyun var və bu 9 xal edir. Bakıya qayıdandan sonra səhvlərimizə baxacağıq və Bakıda onları etməməyə çalışacağıq. Çünki rəqibin heyətində ani səhvləri bağışlamayacaq futbolçular var. Vaxtımız çox azdır. Bakıdakı oyuna daha ciddi hazırlaşmağa çalışacağıq”.

Əvvəlki məqalə

Praqada Azərbaycan, Fransa və Ermənistan liderlərinin görüşü davam edir

Sonrakı məqalə

“Qarabağın erməni əhalisi ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq” –