Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dənizində iki bacı boğularaq ölüb.
Report xəbər verir ki, həmin qızlar vəzifəli şəxsin övladlarıdır.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızlarıdır.
Xatırladaq ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib. Dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.